“Quş qripi” ilə bağlı ölkə ərazisində monitorinqlərə start verilib
Köçəri quşların miqrasiyası nəzərə alınaraq "quş qripi" ilə bağlı ölkə ərazisində dekabrın 13-də keçirilməsi nəzərdə tutulan növbəti monitorinqə bu gün, noyabrın 29-da start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) SİA-ya verilən məlumata görə, Abşeron yarımadasında, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılacaq monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin və "Ovçular və balıqçılar" Cəmiyyətinin mütəxəssisləri iştirak edirlər. Monitorinq müddətində seçmə üsulla ovlanacaq köçəri quşlardan, həmçinin ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan nümunələrin götürülməsi nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalı və baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmalıdır.
Monitorinqin nəticələri dekabrın 10-da açıqanacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB