Milli Net -2010 qaliblərinin təqdimat mərasimi keçiriləcək

Milli Net -2010 qaliblərinin təqdimat mərasimi keçiriləcək

01 oktyabr 2010-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda Müsabiqəyə 04 dekabrda yekun vurulacaq və 14 nominasiya üzrə qaliblərin adları açıqlanacaq.

MilliNet Təşkilat Komitəsindən SİA-ya verilən məlumata görə, hər bir nominasiya üzrə 1-ci yerlərin qaliblərinə müsabiqənin əsas mükafatının - tuncdan hazırlanmış, 5 kq ağırlığında və 30 sm hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda nominantlara müsabiqənin diplomlarının verilməsi nəzərdə tutulub.

Hazırda 14 nominasiya üzrə 74 nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə 2 dekbar tarixində başa çatacaq. Təqdimat mərasimində internet ictimaiyyətin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Təqdimat mərasiminin internetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə