Yardımlı rayonunun Osnağaran kəndində ikimərtəbəli 180 şagird yerlik, Horavar kəndində 220 şagird yerlik və Ləzir kəndində isə 240 yerlik yeni məktəb binalarının açılışı olub. SİA-nın cənub bürosunun məlumatına görə, açılış mərasimlərində Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Şamo Xəlilov çıxış edərək ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Horavar və Osnağaran kənd orta məktəblərində 11 tədris otaqları, kitabxana, bufet, həmçinin fizika kabineti və kimya-biologiya laboratoriyası, idman zalı, Ləzir ibtidai məktəbində isə 6 sinif otağı var. Məktəblər istilik sistemi ilə də təchiz olunub. Əlavə edək ki, son 5 ildə Yardımlı rayonunda 52 yeni orta məktəb binası tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB