Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir” ÖZƏL
“Azərbaycan mətbuatının problemləri və qayğıları daima Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub. Mediamızın bugünki inkişafı, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin peşə nüfuzunun artırılması, onların məişət problemlərinin həll edilməsi, evlə təmin olunması, çap məhsullarının əlavə dəyər vergisindən azad olunması və s. kimi mühüm məsələlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Baş redaktorun sözlərinə görə, son illərdə idxal edilən qəzet kağızının bizdən asılı olmayan səbəblərdən bahalaşması çap mediası üçün müəyyən çətinliklər yaratmaqdadır: “Belə məqamda Azərbaycan Prezidentinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsilə mətbuatımıza birdəfəlik yardım ayırması olduqca böyük hadisədir və düşünürəm ki, mümkün problemləri əvvəlcədən həll etmək baxımından olduqca əhəmiyyətlidir. Cənab Prezident informasiya təhlükəsizliyi məsələlərinə çox böyük önəm verir və onu milli təhlükəsizliyimizin əsas komponentlərindən biri kimi qiymətləndirir. Bu milli mətbuatımıza verilən çox böyük qiymətdir. Doğurdan da postmodernist cəmiyyətlər əsas etibarilə informasiya cəmiyyəti kimi xarakterizə olunur və informasiya belə cəmiyyətlərdə əsas institutlardan bir kimi kimi çıxış edir.
Azərbaycanda da demokratik və açıq cəmiyyət mövcud olduğu üçün informasiya resurslarının keyfiyyəti əslində elə ictimai şüurun keyfiyyətini müəyyənləşdirir ki, bu da çox vacib bir məsələdir. İctimai şüur milli maraqların və dövlətçilik maraqlarının qorunması baxımından başlıca intellektual faktorlardan biridir. Ona görə də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin qorunması milli mətbuatımızın fəaliyyəti ilə birbaşa bağlıdır. Bütün bunlar isə mediamızın inkişafını zəruri edir. Prezident İlham Əliyevin artıq ənənə halını alan bu cür birdəfəlik yardımları mətbuatımızın inkişafına böyük töhfədir və biz media mənsubları bunu çox yüksək qiymətləndirməliyik. Bu bir daha onu göstərir ki, Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB