Hazırda bölgənin dağlıq rayonlarında səpin işlərinin yekunlaşması nəzərdə tutulur. Artıq fermerlər səpin qədər önəmli olan torpaqların suvarılması işini həyata keçirir. Bölgə üzrə Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, indi ən vacib məsələ səpin aparılan sahələrin vaxtında suvarılmasını təmin etməkdir. Əks təqdirdə gözlənilən məhsulu götürmək mümkün olmayacaq.
Bildirək ki, cari ilin payız mövsümündə Gəncə ətrafı rayonlarda təxminən 40 min ha sahədə taxıl səpilib və 120 min ton məhsulun yığılması gözlənilir. Statistik rəqəmlər göstərir ki, bu ilki taxıl səpini ötən illə müqayisədə azdır.
Gəncə şəhər Statistika İdarəsindən verilən məlumata görə, bölgə üzrə ötən ilin müvafiq dövrü ərzində 50 min ha sahədə taxıl səpilib. Son zamanlar bölgədə taxıl zəmilərinin azalmasına münasibət bildirən Ziyad Abbasov qeyd edib ki, indiki şəraitdə əkin sahələrini artırmaq deyil, məhsuldarlığı yüksəltmək məqsədə uyğundur. Son zamanlar fermerlərin toxum alması işinə də diqqət artırılıb. Belə ki, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ancaq yerli dənli bitkilərin toxumlarından istifadə olunması tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB