Lənkəran teatrı Ankarada keçirələcək beynəlxalq festivala yola düşüb

Lənkəran teatrı Ankarada keçirələcək beynəlxalq festivala yola düşüb

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının 23 nəfərlik heyəti Türkiyəyə yola düşüb. Bu barədə SİA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov məlumat verib. Onun sözlərinə görə, yaradıcı kollektiv Ankara şəhərində keçiriləcək XV Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Türkiyə, Rusiya, İran, Xorvatiya, Kosova və Azərbaycandan olan 60-a yaxın dövlət, bələdiyyə, uşaq teatr kollektivlərinin qatılacağı bu nüfuzlu festivalda Lənkəran teatrı macar dtamaturqu Mikloş Xubainin "Şeytanın oyunları" tamaşasını təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə