Tələt Paşa Komitəsinin mətbuat katibi: “Sərhədlərin bağlı qalması Ermənistana həm siyasi, həm də iqtisadi cəhətdən təsir göstərib”
Bu gün Beynəlxalq Atatürk Düşüncə Təşkilatı və Tələt Paşa Komitəsi Beynəlxalq Mətbuat Mərkəzində birgə mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Azərbaycana səfərin nəticələrinin müzakirə olunduğu mətbuat konfransında Azərbaycan, Türkiyə və ümumilikdə türk dünyasının apardığı əməkdaşlığı, qondarma erməni soyqırımı və Dağlıq Qarabağ problemi kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Tədbiri açan Azərbaycan Atatürk Düşüncə Təşkilatının sədri İslam Əliyev tədbirdə televiziya kanallarının iştirak etməməsini tənqid edib. "İctimai televiziyaya nə vaxt baxırsan, erməni müxalifətini tərifləyir", - deyən İ.Əliyev bildirib ki, telekanallar dövlət siyasətinə uyğun gəlməyən, milli-mənəvi dəyərlərə zidd verilişlər yayımlayır.
Tələt Paşa Komitəsinin mətbuat katibi Cüneyt Akalın Bakı şəhərini türk dünyasının qəlbi adlandıraraq qeyd edib ki, Sovetlər birliyinin dağılmasından sonra Bakının əhəmiyyəti daha da artıb. O, Azərbaycandakı inkişafdan da sevindiyini bildirib. Dövlətlərin əsas məqsədinin milləti qorumaq olduğunu söyləyən C.Akalin vurğulayıb ki, əsas məsələ dövlət qulluğunda vəzifə almayanların da müqəddəs işlər uğrunda birləşməsidir. Qondarma erməni soyqırımı iddiasının da əslində ermənilərin olmadığını deyən Tələt Paşa Komitəsinin mətbuat katibi bildirib ki, bu günə qədər sərhədlərin bağlı qalması Ermənistana həm siyasi, həm də iqtisadi cəhətdən təsir göstərib: "Sərhədlərin açılmasını tələb etməklə Qərb dövlətləri Qafqazda siyasi dəyişiklik etməyə, bununla da Ermənistana dəstək verməyə çalışırlar. Biz Abdulla Gülün Ermənistanda, Serj Sarkisyanın isə Bursada futbol matçını izləmələrinə görə utanc hissi keçirdik, Türkiyə hökumətinin bu siyasətinə qarşı çıxdıq. Azərbaycan torpaqları azad olunmayınca türk xalqı sərhədlərin açılmasını qəbul etməyəcək. Türkiyənin Azərbaycana verdiyi bir söz var ki, ermənilər işğal etdikləri torpaqları azad etməyincə, sərhədlər açılmayacaq. Bu sözdən geri çəkilmək mümkün deyil".
Beynəlxalq Atatürk Düşüncə Təşkilatı İdarə Heyətinin üzvü Ümid Ülgən qarşılarındakı gücün ermənilər deyil, Qafqaz və Orta Şərqin təbii sərvətlərini ələ keçirməyə çalışan Qərb imperalistləri olduğunu deyib: "Azərbaycan türk dünyasında bir körpüdür. Bu körpünü ələ keçirmək istəyirlər. Qarabağ problemi də bunun üçün vardır. ATƏT-in Minsk qrupu 20 ildir ki, problemi həll etmək üçün deyil, həll etməmək üçün çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB