Qazaxıstanın XİN müavini: “Biz Dağlıq Qarabağ məsələsinin zirvə sənədlərində düzgün əks olunmasına dair cəhdlər göstərəcəyik”
"Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu çox mühüm rol oynayır və ATƏT-in Minsk qrupunun nümayəndələri Astanaya gəlib və uzunsürən münaqişəyə dair hamını razı salacaq formul tapmaq üçün fəal işləyirlər". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərin suallarını cavablandıran Qazaxıstanın xarici işlər nazirinin müavini Konstantin Jiqalov deyib. Konstantin Jiqalov bildirib ki, ATƏT-in Qazaxıstanın sədrliyi dövrünə təsadüf edən sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi əsas müzakirə mövzularından olacaq.
Qazaxıstanın xarici işlər nazirinin müavini eyni zamanda təmsil etdiyi dövlətin ATƏT-ə sədrliyi dövrünün əvvəllərindən uzunsürən münaqişə zonalarına baş çəkdiyini qeyd edib: "Dağlıq Qarabağ münaqişəsinin həllində ümidsizliyə qapılmaq olmaz. Bu məsələyə böyük əhəmiyyət verərək biz ardıcıl olaraq Azərbaycan, Ermənistan və Gürcüstana səfər etmişik. Bəzi məsələlər üzrə problemin müzakirəsi çox çətin irəliləyir, lakin bəzi sahələrdə bir çox işlər görmək mümkün olub. Biz Dağlıq Qarabağ məsələsinin zirvə sənədlərində düzgün əks olunmasına dair cəhdlər göstərəcəyik və ümid edirik ki, bu alınacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB