Gəncə Gil Torpaq İstehsalat Birliyi təkliflər paketini baş nazirə təqdim edəcək

Gəncə Gil Torpaq İstehsalat Birliyinin təbiətə vurduğu ziyanın yumşaldılması istiqamətində yeni təkliflər paketi hazırlanır. Hazıralanacaq paket ölkənin baş naziri Artur Rasizadəyə təqdim ediləcək.

Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri İrşad Abbasov məlumat verib. Onun sözlərinə görə, yaranan ağır vəziyyətin həlli yollarının tapılması yönündə Fövqəladə Hallar Nazirliyinin xətti ilə müəssisədə geniş müzakirələr aparılıb.

Müzakirələrdə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da iştirak edib. Bildirək ki, müəssisədən çıxan zəhərli tüstülər Gəncə şəhəri başda olmaqla ətraf rayonların ekologiyasına ciddi ziyan vurur. Xüsusən Samux rayonunda vəziyyət daha acınacaqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə