Fransa Milli Araşdırmalar Mərkəzi ilə AMEA arasında müqavilə imzalanıb
AMEA prezidenti Mahmud Kərimovun Fransaya səfəri çərçivəsində Fransa Milli Araşdırmalar Mərkəzi ilə AMEA arasında müqavilə imzalanıb. SİA-nın xəbərinə görə, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri zamanı bir çox sahələrlə yanaşı, AMEA ilə Fransa Milli Araşdırmalar Mərkəzi (FMAM) arasında əməkdaşlığa dair saziş imzalanıb.
Həmin dövrdən etibarən AMEA ilə FMAM Azərbaycanda bir sıra layihələri müştərək şəkildə həyata keçirib.
Səfəri zamanı M.Kərimov FMAM idarə heyətində qurumun direktoru ilə yeni layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb. Bu, əsasən ölkəmizdə mühüm əhəmiyyət kəsb edən geofizika və arxeoloji sahələri əhatə edir. Müqaviləyə əsasən bu layihələri Fransa tərəfi maliyyələşdirəcəkdir.
Fransa Milli Araşdırmalar Mərkəzində bağlanmış müqavilələr Azərbaycanda elmin inkişafı, milli kadrların yetişdirilməsi ilə bağlı dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsində böyük rol oynayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB