Paşinyanı məyus edən Brüssel səfəri MÖVQE-ÖZƏL

Paşinyanı məyus edən Brüssel səfəri MÖVQE-ÖZƏL

“Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və imzalanan sənədlər hər birimizdə qürur hissi oyadır. Siyasi şərhçilərin də söylədiyi kimi bütün bunlar göstərir ki, Azərbaycanla Aİ arasında yeni səhifə açılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun idarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

O bildirib ki, Brüsseldə Azərbaycan Prezidentinə göstərilən yüksək səviyyəli münasibət eyni zamanda düşmənlərimizə cavab idi: "Azərbaycan Əfqanıstanda, Kosovoda NATO-nun sülhməramlı missiyasında layiqli xidmət edən ölkədir. Azərbaycan bu gün də Əfqanıstanda baş verən hadisələrə bilavasitə əsgərlərimizin, zabitlərimiz beynəlxalq öhdəliklərə uyğun olaraq qanuni şəkildə beynəlxalq sülhə öz töhfələrini verməkdədir. Bir sözlə ifadə etsək deyə bilərik ki, Azərbaycan dünyada sülhyaratma prosesinə əməli töhfə verir”.

Ə.Qoşalı qeyd edib ki, Azərbaycandan fərqli olaraq Ermənistanın Brüssel səfəri gözlədikləri kimi nəticələnmədi: “Paşinyan inqilabın lideri kinmi Avropa İttifaqından özünə və ölkəsinə qarşı böyük diqqət gözləsə də, səfərdən əli boş qayıtmış oldu. Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Bu, yalanın bir neçə tərəfli oyun-oynamaq cəhdinin işğalçı ölkəyə fayda verməyəcəyinin bariz göstəricisidir. İşğalçı ölkə heç zaman demokratik ola bilməz. İşğalçı ilə demokratiya bir araya sığa bilməz. Ermənistanın Paşinyanın Brüssel səfəri ilə bağlı fikirləri necə özünü doğrultmadısa, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər düşmən ölkə cəmiyyətinin vəziyyətinin yaxşılaşmasını gözləmək məntiqsizlik olardı. Ermənistan Azərbaycanla bağlı münasibətlərini beynəlxalq hüquq çərçivəsində həll etməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə