Erkan Özoral: "Türkiyədə FETÖ terror təşkilatının beli qırılıb"

Erkan Özoral: "Türkiyədə FETÖ terror təşkilatının beli qırılıb"

"2016-cı il 15 iyul tarixində Türkiyə ən ağır günlərindən birini yaşayıb". SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə həmin gecə 250 şəhidini cənnətə göndərib: "Türkiyə bu hadisədən dərs çıxarıb. Belə hadisələrin baş verməməsi üçün tədbirlər görür. FETÖ 40 il ərzində dövlətin içinə yerləşib. 15 iyul 2016-cı ildə isə dövləti tamamilə ələ keçirməyə cəhd etdi. Amma uğursuzluğa düçar oldular".

Diplomat qeyd edib ki, bu hadisə ilə bağıı 289 cinayət işi açılıb: "101 məhkəmə işi davam edir. 661 nəfər ömürlük həbsə məhkum edilib. Hadisədən sonra 180 min nəfər dövlət işini itirib. "Bylock" proqramının şifrəsinin qırılmasından sonra 250 min adamın terror təşkilatına üzv olduğu bəlli olub".

Səfirin sözlərinə görə, Türkiyədə FETÖ terror təşkilatının beli qırılıb: "Onlar bir da Türkiyədə çevriliş və ya buna bənzər hərəkətlər edə bilməzlər. Hazırda terror təşkilatının xarici qolunun ləğv edilməsi istiqamətində işlər aparılır. Fətullah Gülənin geri qaytarılması istiqamətində ABŞ-la danışıqlar davam etdirilir".

Səfir FETÖ ilə mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: "Terror təşkilatının Azərbaycan qanadının beli çox erkən qırıldı. Bunun üçün Azərbaycana təşəkkür edirik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com