Prezident İlham Əliyevin siyasi və diplomatik uğur faktoru
Məlum olduğu kimi, Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edərək, Azərbaycanın bu kimi məsələlərdə daim etibarlı tərəfdaş olduğunu vurğulayıb.
NATO Sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin dəstəklənməsi məsələsi də əldə edilən növbəti uğurların məntiqi nəticəsidir
Bu kimi amil eyni zamanda belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində uzun illərdir işğala qalan Azərbaycan dövləti məhz beynəlxalq arenada terrorla mübarizə məsələlərində daim öndə olub. Ümumiyyətlə, Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Qərb təşkilatları arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Xüsusilə NATO Sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin dəstəklənməsi məsələsi də əldə edilən növbəti uğurların məntiqi nəticəsidir. Bu, eyni zamanda Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı növbəti diplomatik uğurdur.
Əbəs deyil ki, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini heç bir şərt qoyulmadan, danışıqlar prosesinin davam edilməsi vacibliyini vurğulayıb
Mühüm faktorlardan digəri isə budur ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu. Nəticədə Ermənistanın NATO-nun yekun kommunikesinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi iflasa uğradı. Bundan başqa, Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri də iflasa uğradı. Əbəs deyil ki, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini heç bir şərt qoyulmadan, danışıqlar prosesinin davam edilməsi vacibliyini vurğulayıb. Bu, həm də Paşinyanın baş nazir seçilməsindən bu yana aldığı ən sarsıdıcı siyasi və diplomatik zərbə oldu.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB