Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planı imzalanacaq

Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planı imzalanacaq

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistan müdafiə naziri, general-mayor Kabul Berdiyevin dəvəti ilə noyabrın 29-da Daşkəndə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı ölkələr arasında hərbi əməkdaşlıq və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.

 

Səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır. Azərbaycan müdafiə nazirinin Özbəkistanın yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə