Pakistan rəsmiləri yük təyyarəsinin Kəraçi şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 12 adamın öldüyünü xəbər verir. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Rusiya istehsalı olan İlyuşin-76 tipli təyyarə Gürcüstanın Sunvay şirkəti tərəfindən idarə olunurdu. Təyyarə havaya qalxdıqdan az sonra Karaçinin yaşayış sektorunda yerə dəyib.
Polis 7 ukraynalının daxil olduğu 8 ekipaj üzvünün hamısının həlak olduğunu bildirib. Yerdə olan dörd fəhlə də həlak olub. Aviasiya rəsmiləri təyyarənin Sudanın paytaxtı Xartuma humanitar yardım daşıdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB