"Qlobal maliyyә böhranından xilas olmaq üçün ölkәlәr arasında iqtisadi әmәkdaşlıq vacibdir"
Türkiyәnin sәnaye vә ticarәt naziri Nihat Әrgün ölkəsinin Qaradәniz ölkәlәri ilә xarici ticarәt dövrüyәsinin әn az 100 milyard dollara çatmasını istәdiyini vurğulayıb. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Qaradәniz İqtisadi Forumu toplantısı, Kırım Muxttar Cümhuriyyәtinin Yatla şәhәrindә keçirilir.
Әrgün, toplantıda, qlobal maliyyә böhranından xilas olmaq üçün ölkәlәr arasında iqtisadi әmәkdaşlığın vacib olduğunu vurğulayıb. Gömrük divarlarını aradan qaldıran, iqtisadi vә siyasi sәrhәdlәrin mәnasını dәyişdirәn yeni nizama görә ölkәlәr, milli iqtisadiyyatlarını dünyaya açmağa, bazar müxtәlifliliyini artırmağa vә beynәlxalq rәqabәtә üstünlük vermәyә mәcburdular. Türkiyә 2002-ci ildәn bәri qonşu vә ətraf ölkәlәr ilә güclü әmәkdaşlıq edir. Bu sayәdә Qaradәniz ölkәlәri ilә xarici ticarәt dövrüyәsini 100 milyard dollara çatdırmaq istәyir deyә Türkiyәnin Sәnaye vә ticarәt naziri Nihad Әrgün vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB