Əli Həsənov: “Hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır”
"Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizn əsas hissəsi isə yeni, saglam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir. Gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir. SİA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlı Gənclərin I Konqresində çıxışı zamanı deyib. O, öz çıxışında Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. Ə.Həsənov bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürüdüb. "Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur" misalını xatırladan Əli Həsənov deyib ki, hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır.
Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının rəsmisi xatırladıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri məhz 1994-də Gənclər və İdman Nazirliyinin yaradılması olub. "Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı bu addımla, məhz gənclər siyasətindən başlamaqla milli liderimiz bu gunləri düşünürdü, gənclərin gələcəyini və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin təməlini saglam qoyub", - Əli Həsənov belə deyib.
O, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan və təhsil alan gənclərin qarşısında duran vəzifələr barədə də danışıb. O gənclərə müraciətlə deyib ki, qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır. "Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas vəzifələrdən biri də məhz sağlam və təhsilli gənclik yetışdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıya, sevə, hörmət edə və dəstək verəcək", - deyən Əli Həsənov dünya virtual məkanındakı ünsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini də qeyd edib.
Prezident Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə da gənclərə məlumat verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməkdir. Əli Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırıb: "Siz yaşadığınız ölkələrdə elə bir önəmli faktora, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsinin dünyaya yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə hər bir ölkədə fəaliyyətn göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Və eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız, çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanında yaxşı faydalanmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB