Bu gün Almaniyanın Frankfurt şəhərindəki "The Westin Grand" otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi başlanıb. Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident
Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Gənclər və İdman naziri Azad Rəhimov, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsi müdirinin müavini Quban Əmirov, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Avropa Şurası yanındakı Daimi nümayəndəliyimizin rəhbəri, səfir Arif Məmmədov, Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyədənin Frankfurtdakı baş
konsulu İshan Sayqılı, Şimali Kipr Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və digər qonaqlar iştirak edirlər. Ümumilikdə tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyanın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edir.
Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı–RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Konqresi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və bütün iştirakçıları salamlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. "Azərbaycan gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olub, respublikamızın inkişafında mühüm rol oynayıb. Təsadüfü deyil ki, ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm verib"-deyən Nazim İbrahimov əlavə edib ki, 1970-ci illərdə milli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq böyük şəhərlərinin 170-dən çox ali təhsil müəssisəsində 15 mindən artıq azərbaycanlı gənc ali təhsil alıb.
"Bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini elə o həmin gənclər təşkil edir. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parqlaq sübutudur", - deyə o əlavə edib.
Dövlət Komitəsi sədrinin sözlərinə görə, xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib. "Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və diaspor quruculuğu işinə qoşulması prosesi bu gün də davam edir. 2009-cu ilby aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub. Leyla Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atıb" deyə Nazim İbrahimov bildirib.
DİDK sədri əlavə edib ki, bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin milli maraqlarımızın müdafiəsi, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirməsi təqdirəlayiq haldır. Dünyanın müxtəlif regionlarında – Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları Xocalı soyqırımı barədə yaşadıqları ölkələrin ictimaiyyətinin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin, kütləvi informasiya vasitələrinin məlumatlandırılması məqsədilə müxtəlif kampaniyalar təşkil edir, elmi-praktiki konfranslar, etiraz aksiyaları keçirir. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında əsil həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, jurnalistlərə, eləcə də sadə vətəndaşlara çatdırmağa çalışırlar. Nazim İbrahimov onu da deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclər xalqımızın zəngin mədəni irsinin ən fəal təbliğatçılarıdır. Ötən müddətdə azərbaycanlı gənclər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə onlarla layihə həyata keçirib, tədbirlər təşkil ediblər. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada, Rusiya Federasiyası, Yaponiya, Misir, Koreya və digər ölkələrdə azərbaycanlı gənclər təşkilatlarının təşkil etdiyi bu tədbirlər Azərbaycan mədəniyyətini, xalqımızı və ölkəmizi tanıtmaq üçün təsirli bir vasitə olduğunu və gənclərimizin bu vasitədən kifayət qədər uğurla faydalandığını təsdiqləyir.
Nazim İbrahimovun sözlərinə görə, bu həm də o deməkdir ki, müasir Azərbaycan gəncləri hansı ölkədə yaşamasından və hansı sahədə təhsil almasından açılı olmayaraq öz xalqının tarixi, mədəniyyəti, onun milli maraqlarının sərhədləri barədə çox dəqiq və aydın təsəvvürə malikdir. Bu mühüm amil ölkəmizin gələcəyi və bu gələcəyin sahibləri olan gənclərimiz haqqında optimist düşünməyimizə əsas verir. Görünür elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəslədiyini ifadə edərək deyib: "Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Ötən müddət ərzində qazanılmış nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, qeyd etməliyik ki, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının qaprşısında həllini gözləyən bir sıra taleyüklü vəzifələr də dayanır. Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, müxtəlif ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, kütləvi informasiya vasitələri ilə ələqalərin möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha ciddi və daha konkret nəticələrin əldə olunması və digər sahələrdə görüləsi işlər çoxdur. Lakin gəncliyin bugünkü ruhu, proseslərə baxışı, intellektual potensialı deməyə əsas verir ki, gənc soydaşlarımız bu vəzifələrin öhdəsindən uğurla gələcəklər. Dünya Azərbaycanlı Gənclərin I Konqresi də əslində bu inamın və etimadın bir təzahürüdür!", - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri belə deyib.
Daha sonra RAGT-nin sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini qurumun icraçı direktoru Emin Haciyev səsləndirib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın konqresə müraciəti oxunduqdan sonra TürkPA-nın baş katibi Ramil Həsənov, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Türkiyənin Frankfurtdakı baş konsulu İlhan Sayqılı, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov təbrik nitqi ilə çıxış edib, konqresin əhəmiyyəti barədə fikirlərini çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB