Gəncədə baş verən məlum olayların ardınca, sosial şəbəkələrdə passivləşərək paslanmış trollar yenidən meydana çıxmağa başladı. Orduxan Teymurxan bir tərəfdən, Emin Milli digər tərəfdən, digər bənzərsimasızlar isə başqa tərəfdən necə deyərlər, yenidən ac çaqqallar və leş yeyən quzğunlartək Azərbaycan dövlətinin üzərinə hücuma keçməyə başladılar. Hətta belə siyasi leşyeyənlərin ətrafında sözdə “halal” deyib, əməldə haramxoşluqla dolanan “mollalar” da tapıldı. Özü də kimlərin yanında? Cinsi orientasiyalarını itirmiş orduxanların, Xocalı soyqırımının adı gələndə kameralar önündə həyasızcasına hırıldayıb əsl sifətini göstərən Emin Hüseynovların, o cümlədən, millilikdən əsər-əlamətləri olmayan Emin Millilərin, Qarabağ mövzusunda arxasını həmin mövzuya çevirən Xədicə İsmayılın yan-yörəsində. Demə, uzun illər Azərbaycanın əleyhinə fəaiyyət göstərən qonşu dövlətin xüsusi xidmət orqanlarının verbovkasına düşmüş bir xain (!!!) “xalq qəhrəmanıymış”… Özü də dövlətin maraqlarını qoruyan iki polis zabitinin qətlə yetirilməsində həmin “qəhrəmanın” xüsusi əməyi də varmış. Yəni o, dövlətin məmuruna qarşı sui-qəsd etməklə, digərlərini daha ağır cinayətlər törətməyə, öz təbirlərincə desək, “qiyama” səbəbkarmış və s. Və demə, buna “dini qisas” deyilirmiş (?!-R.N.)
Orta P.S.: Sosial şəbəkələrdə “məzlumluq” traktı fonunda erməni əzabkeşliyi məhz buna deyərlər məncə…
Dəyərli oxucularımız, əminik ki, bu yazını nəzərdən keçirənlərin arasında dindar kəsim də mövcuddur. Belə olan halda sual edlə bilər: Əcəba, səhər-səhər evindən öz övladlarını, bəlkə də nəvələrini, həmçinin, sevdiklərini öpüb-bağırlarına basaraq, işə gedən, dövlətimizin müdafiəsinə yollanan, sonradan isə şəhid olan iki polis zabitlərimizin şəkillərini bəlli sosial şəbəkələrdə gülüş smaylikləri ilə paylaşmağa hansı adı vermək olar?! Şərəfsizlikmi?! Xeyr!!! Əclaflıqmı?!! Xeyr!!! Alçaqlıqmı?! Yenə də xeyr!!! Bəs nə, necə, hansı cür adlandıraq belələrini?! Bunu artıq özünüz müəyyənləşdirin, çünki senzuramı burada müəllif olaraq, özüm qoydum!!!
Ancaq hazırda da sosial şəbəkələrdə guya Avropadakı “müxalifətçilərin” guya ki, baş verən hadsədən “üzüldüklərini” güc-bəla ilə murdar ağızlarından çıxarıb-səsləndirmələri insanda kəskin ikrah hissləri yaradır. Çünki bu kimi məsələlərdə ortaya düşüb açıq-aşkar kuklalıq edən bu gədalar zümrəsi əslində, xaosun anarxiyanın. Vətəndaş itaətsizliyinin bariz çaırışçılarıdırlar. Özü də utanmadan, qızarmadan iddia edirlər ki, baş verənlərdən, yəni baş verənərin hansı qüvvələr tərəfindən yönləndirilməsindən bxəbərdirlər! Təbii ki, bunlar, şərəfsizlik və xəyanət sindromunun xəmirindən yoğrulmuş qarğa və quzğunlar, çaqqalar, giyenlər üçün müqəddəs heç nə yoxdur. Ona görə də hərəsi çiyninə bir bel çantası alaraq, düşüblər Avropadakı erməni, fars, daha nə bilim hansısa qurumlarının banklarının qapı astanalarına. Nədir ki, biz sataq, siz ödəyin…Bax məsələ də bundadır əziz oxucularımız. Gəncədə baş verən terror olayının ardınca, sapı özümüzdən olan baltaların yenidən ortaya yuyulmamış qaşıq kimi düşşmələri qeyd edilən bir sıra faktları çır-çıplaqlığı ilə ortaya qoydu. Sadəcə, dövlət və Vətən uğrunda şəid düşən iigid oğullarımızın üzərinə bu qədər şərəfsizliklcəsinə davranmaq reallığı belə deməyə əsas verir – sabah Qarabağımızın işğalda qalan ərazilərinin azad edilməsi üçün canlarından keçən şəhidlərimiz də eynilə hər iki polis zabitimiz kimi belələri tərəfindən gülüş smaylikəri ilə “qiymətləndiriləcək”. Bax, onda kim necə davranacaqsa, bunu da deyə bilməyəcəyəm. Çünki yenidən özüm-özümün yazıma senzura qoymalı oldum…
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB