İqtisadi tənəzzülün içərisində boğulan Ermənistana növbəti yardım Avropadan gəlib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Birliyi 3 il ərzində rəsmi İrəvana 32 milyon avro yardım edəcək. Belə ki, pullar Ermənistan və Avropa Birliyinin nümayəndəliyi arasında dövlət orqanlarının inkişafı layihəsi ilə bağlı memorandumun imzalanması nəticəsində ermənilərə veriləcək. Proqrama görə, Ermənistan 2011-2013-cü illərdə Avropa Birliyindən 32 milyon avro vəsait alacaq.
Ermənistanın İqtisadiyyat Nazirliyi isə verilən pullara görə, öz minnətdarlığını bildirb. Dilənçilik peşəsinin müasir formasını özündə ehtiva edən rəsmi İrəvan verilən pulları guya mövcud olmayan ədalət mühakiməsi, azadlıq və təhlükəsizlik sahələrinə dəstəyi istiqamətində görüləcək işlərə xərcələyəcək. Ermənistanda hakim strukturda əyləşən oliqarxların əlinə keçəndən sonra pulların sonrakı həyatı barəsində danışmağa dəyməz.
Qeyd edək ki, layihə Assosiativ sazişin və azad ticarətlə bağlı sənədin imzalanması prosesinə cəlb olunacaq dövlət orqanlarına, eləcə də viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanmasına yardımı nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB