Virtual terrorun qarşısını necə alaq? ARAŞDIRMA

Virtual terrorun qarşısını necə alaq? ARAŞDIRMA

Həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar sosial şəbəkələr vasitəsilə informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq və digər məqsədlər üçün istifadə edirlər. Çox təəssüf ki, son dövrlər sosial şəbəkələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüququ mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə yalan məlumatlar yayaraq terrorçuluq, hakimiyyətin zorla ələ keçirilməsinə və digərlərinə yönələn çağırışlar edirlər. Bu nə dərəcə düzgündür və bunun qarşısını almaq mümkündürmü?

Millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, dövlət əleyhinə, ölkədə sabitliyin pozulması istiqamətində çağırışlar qanunla qadağandır: "Həmin şəxslər qanun qarşısında cavab verəcəklər. Onların istəkləri heç vaxt baş tutmayacaq. Hər kəs törətdiyi əmələ görə cavab verməlidir - istər jurnalist olsun, istər hansısa informasiya saytının rəhbəri, istərsə də terrorçu. Hər kəs qanun qarşısında eynidir ".

Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkədə davamlı sabitliyinin bir çoxlarını narahat etdiyini deyən B.Sadıqov qeyd edib ki, hətta bəzi dövlətlər və müəyyən qruplar məqam düşən kimi Azərbaycanda sabitliyi pozmağa, iqtidarla xalq arasında narazılıq yaratmağa cəhd edirlər: “Amma dəfələrlə buna cəhd olunsa da, onlar istədiklərinə nail ola bilməyiblər. Çünki Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Azərbaycan iqtidarı xalqın bütün arzu-istəklərini gerçəkləşdirir. Bildiyiniz kimi, Gəncədə Prezidentin nümayəndəsinə - şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror hadisəsi törədildi. Bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də açıqlama yaydı. Təəssüf ki, müəyyən qüvvələr yenidən bu məsələyə qayıtmaq və narazılıq əlaməti kimi insanları etiraz aksiyasına çağırmağa cəhd edirlər. Onlar bu bəhanə ilə Azərbaycanda sabitliyə xələl gətirmək istəyirlər. Həmin şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməli və qanun qarşısında cavab verməlidirlər".

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi-şərhçi Elçin Mirzəbəyli isə bildirib ki, Azərbaycan dövləti terrorun qarşısını almağa onları zərərsizləşdirməyə, ölkənin Konstitusion quruluşunu müdafiə etməyə qadir dövlətdir.

Gəncədə baş verən hadisə ilə bağlı bir neçə istiqamətdə yanaşmanın ortaya çıxdığını deyən baş redaktor söyləyib ki, ki, bu aksiyanı hazırlayan insanlar onu sosial şəbəkə üzərindən təbliğatının aparılmasını düşünmüşdülər: “Dünyada, ölkədə gedən prosesləri dərk etməyən, aqressiv köklənən və təhlil imkanları aşağı olan insanlar da bu prosesin girovuna çevriliblər. Terrorun dəstəklənməsi, müdafiə olunması əslində terror prosesinin içərisində yer almaq anlamına gəlir. Bu aspektdən də mən virtual aləmdə, terroru dəstəkləyən mesajlara, məhz terrorun təbliğ olunması ilə məşğul media üzvlərinə virtual terroru aksiyası kimi yanaşıram”.

Siyasi şərhçi qeyd edib ki, belə cəhdlərin qarşısı şiddətlə alınmalıdır: “Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həmin şəxslərin saxlanılması və məsuliyyətə cəlb olunması istiqamətində ciddi addım atılır. Biz dövlətimizin mənafeyini, xalqımızın gələcəyini, respublikamız bağlı iddialarımızı üçüncü qüvvənin, Azərbaycana qarşı olan məkrli dairələrin maraqlarına qurban verə bilmərik. Düşünürəm ki bu məsələlərdə hər kəs fəal olub, mövqe bildirməlidir. Çünki, Biz dini radikalizmin, ekstremizmin timsalında dünyanın ayrı-ayrı ölkələrində baş verən fəlakətləri görürük. Milyonlarla insanın necə fəlakətə sürüklənməsi, günahsız körpələrin, qadınların qətlə yetirilməsini görürük. Hesab edirəm ki, heç bir halda bu təfəkkürün Azərbaycan yer tapmasına yer vermək olmaz. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyini bütün vətəndaşlarımız nümayiş etdirməlidirlər”.

Qeyd edək ki, ölkə ərazisində elektrik enerjisinin kəsilməsi və E.Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs cəzalandırılıb:

1. Qurbanov Rabil Səlvər oğlu, 29.05.81, Bakı şəhər sakini, 30 gün müddətinə;

2. Ferazi Yaşar İbrahim oğlu, 17.06.1959, Xırdalan şəhər sakini, 30 gün müddətinə;

3. Əliyev Elxan Rüstəm oğlu, 05.10.1982, Tovuz rayon Aşağı Ayıblı kəndi, 30 gün müddətinə;

4. Mehdiyev Aqil Səlamət oğlu, 06.10.1985, Salyan rayon sakini, 30 gün müddətinə;

5. Rəhimov Əli Şahbala oğlu, 05.03.1992, Bakı şəhər sakini, 30 gün müddətinə;

6. Camalov Rəşad Şamil oğlu, 14.09.1990, Tərtər rayon sakini, 30 gün müddətinə;

7. Şıxəliyev Elsevən Akif oğlu, 05.07.1991, Lənkəran rayonu, Cəgiran kəndi sakini, 30 gün müddətinə;

8. Quliyev İlqar Humay oğlu, 27.06.1980, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;

9. Sadıqov Əfqan Hətəmxan oğlu, 06.12.1976, Cəlilabad şəhər sakini, 30 gün müddətinə;

10. Əliyev Rüfət Yaqub oğlu, 31.05.1986, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;

11. Şirinov İlknur Adil oğlu, 18.07.1991, Balakən şəhər sakini, 25 gün müddətinə;

12. Kərimov Sədi Hüseyn oğlu, 17.02.1983, Bərdə rayonu, Qəhrəmanlı kəndi, sakini, 20 gün müddətinə;

13. Hüseynli Babək Hümbət oğlu, 22.08.1992, Xırdalan şəhər sakini, 10 gün müddətinə;

14. Həşimov Afiq Mirzəxan oğlu, 10.02.1981, Neftçala şəhər sakini, 10 gün müddətinə;

15. Səfərsoy Rza Əli oğlu, 06.05.1976, Səlyan rayonu Yenikənd kənd sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;

16. Qasımov Səbuhi Hafiz oğlu, 26.06.1996, Bakı şəhər sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;

17. Balayev Mahir Adəm oğlu, 18.03.1981, Ağsu rayonu Hacıqədirli kənd sakini, həbsdədir;

18. Həsənov Bəhrəm Hüseyn oğlu, 17.09.1987, Ağdam rayonu Kəngərli kənd sakini, inzibati qaydada cərimə olunub;

19. Rəhimov Orxan Oruc oğlu, 07.03.1993, Bərdə rayonu, Otuzikilər kən sakini, inzibati qaydada cərimə olunub;

20. Bayramlı Səməd Elmin oğlu, 14.07.1998, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini, xəbərdarlıq edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə