Bazar günü Misirdə parlament seçkiləri keçiriləcək. SİA-nın xəbərinə görə, prezident Hüsnü Mübarəyin Milli Demokrat Partiyasına qarşı Müsəlman Qardaşlar Hərəkatından müstəqil namizədlər yarışacaq.
5 min namizədn yarışacağı seçkidə pozitiv ayrı-seçkilik çərçivəsində qadın namizədlərə kvota tətbiq olunacaq. Qanuna görə, 508 yerlik parlamentdə qadınlara 64 mandat ayrılacaq.
200 namizədlə yarışan Müsəlman Qardaşlar Hərəkatının tərəfdarları Misirin Tanta şəhərində etiraz aksiyası keçirib. 7 minə yaxın nümayişçi iqtidar əleyhinə şüarlar səsləndirib. Polislə toqquşmada 34 millət vəkilliyinə namizəd və 1250 partiya üzvü həbs edilib.
İsgəndəriyyə şəhərində isə parlament seçkiləri məhkəmə qərarı ilə təxirə salınıb. Buna səbəb olaraq Müsəlman Qardaşlarla bağlantısı olan namizədlərə hökumət tərəfindən seçkidə qadağa qoyulması göstərilib.
Qeyd edək ki, Misirdə hazırkı parlamentin tərkibinin beşdə birini seçkilərdə müstəqil olaraq iştirak etmiş Müsəlman Qardaşlar Hərəkatına bağlı deputatlar təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB