Dini radikalizmlə mübarizə mövzusunda konfrans keçirilib FOTOLAR - VİDEO
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmilərinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası, qeyri-hökumət təşkilatlarının rəsmi nümayəndələrinin, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb.
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirildiyini bildirib. Dövlət Komitəsinin bu sahədə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq etdiyini, qeyd olunan istiqamətlərlə bağlı fikir mübadiləsi və müzakirələrin aparılması üçün mütəmadi olaraq konfrans, seminar və dəyirmi masaların təşkil olunduğunu diqqətə çatdırıb.
Tədbirdə, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa çıxış ediblər.
Konfransda Azərbaycanda dini radikalizmə və ekstremizə qarşı mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də bu sahədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB