Rusiya parlamentinin aşağı palatası olan Duma İkinci Dünya Müharibəsində 22 min polşalının öldürüldüyü Xatın soyqırımı əmrinin birbaşa olaraq keçmiş SSRİ-nin o dövrdəki lideri İosif Stalin tərəfindən verildiyini sübut edən sənəd qəbul edib. SİA-nın "İnterfaks" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər sənədin qəbul edilməsini Rusiyanın SSRİ varisliyini tərk etmə yolunda atdığı bir addım kimi qiymətləndirib.
Soyqırımın günahı əvvəlcə Hitlerə yüklənsə də, sonradan əsl günahkarın Stalin olduğu ortaya çıxarılıb. SSRİ-nin 26 Dekabr 1991-ci ildə dağılmasından sonra yaranan Rusiya Federasiyasının prezidenti Boris Yeltsin də hadisəyə görə, məsuliyyəti qismən qəbul etmişdi.
Qeyd edək ki, Stalin 5 Mart 1940-cı ildə SSRİ ordusu tərəfindən əsir alınan 22 min polşalı müharibə əsirinin öldürülməsi əmrini verib. Stalinin verdiyi əmrin həyata keçirilməsi 1940-cı ilin iyun ayının əvvəlində başa çatıb. Nəticədə Polşanın ən təhsilli və məhsuldar təbəqəsindən ibarət 22 min müharibə əsiri başlarından vurulduqdan sonra kütləvi məzarlara basdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB