Baş Prokurorluq işçi qəbulu elan edib

Baş Prokurorluq işçi qəbulu elan edib

Azərbaycan Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinə mütəxəssis (kriminalist) vəzifəsinə 7 ştat vahidi, mütəxəssis (trasologiya və ballistika üzrə) vəzifəsinə 1 ştat vahidi, mütəxəssis (bioloq kimyaçı) vəzifəsinə 1 ştat vahidi, idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə mütəxəssis vəzifəsinə 2 ştat vahidi üzrə vakant vəzifələrə işçilərin qəbulunu elan edib.

SİA-nın Baş Prokurorluğun internet saytına istinadən xəbərinə görə, işə qəbulla əlaqədar namizədlərin kompyuter texnologiyaları, foto, videoçəkiliş, trasologiya, ballistika, biologiya, kimya sahələri üzrə təhsilə və iş təcrübəsinə, mütəxəssis (kriminalist) ştatları üzrə namizədlərin sürücülük vəsiqəsinə malik olması tələb olunur.

Namizədlər müsahibədən keçmək üçün dekabrın 25-dək Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə