Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasiminin və Nazirlər Kabinetinin ilk iclasının vaxtı açıqlanıb. SİA “Milliyet” nəşrinə istinadən xəbər verir ki, andiçmə mərasiminin iyulun 9-da, kabinetin ilk iclasının isə iyulun 13-də baş tutacağını bildirilib.
Ərdoğan seçkilərdən sonra ilk dəfə AK parti qrup toplantısında çıxış edərək and içmə mərasiminə 22 ölkə başçısının, o cümlədən 17 baş nazirin qatılacağını qeyd edib.
Andiçmə mərasimindən sonra həmin gün saat 21-də isə yeni kabinetin üzvlərinin adları açıqlanacaq. İyulun 13-də isə Nazirlər Kabinetinin yeni hökumətdə ilk iclası keçiriləcək.
Andiçmə gününün sabahı - yəni iyulun 10-da Türkiyə prezidenti ilk xarici səfərini Azərbaycana və Şimali Kıpr Türk Respublikasına edəcəyini bəyan edib. “Bizə yorğun deyənlərin, bizim necə idmançı olduğumuzdan xəbərləri yoxdur” - Ərdoğan bildirib.
Qeyd edək ki, parlament sisteminin son baş naziri olan Binəli Yıldırım Ərdoğanın çıxışından sonra ondan halallıq istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB