Modul təlim proqramlarının tətbiqi ilə bağlı Polşa təcrübəsi öyrənilir
Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının "Sosial Müdafiənin İnkişafı Layihəsi: 2010-2012-ci illər üçün Modul Təlim Proqramları" Layihəsinin işçi qrupunun üzvləri və icraçılarından ibarət 8 nəfərlik nümayəndə heyəti bu günlərdə Polşa Respublikasında təlim səfərində olub.
Nazirlikdən SİA-ya verilən məlumata görə, Şərqi Avropada, xüsusən Polşada modul təlim proqramlarının hazırlanması və tətbiqi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə təşkil olunan səfər çərçivəsində bu ölkənin 3 şəhərində - Radom, Jeşuv və Varşavada görüşlər keçirilib, müzakirələr aparılıb.
Radom şəhərində yerləşən Polşa Davamlı Texnologiyalar İnstitutunda (DTİ) keçirilən görüşdə institutun rəhbərliyi və mütəxəssisləri tərəfindən Polşada təhsil sistemində modul kurikulum, əmək bazarında işsiz və işaxtaranlar üçün modul təlim proqramları və milli peşə standartlarının hazırlanması, peşə təhsilinin davam etdirilməsi üzrə idarəetmə və keyfiyyətə zəmanət metodları baradə məlumat verilib.
Nümayəndə heyətimiz həmçinin təlim-tədris prosesində qabaqcıl təcrübələrin, elmi-pedaqoji sahədə yeni təcrübə və texnologiyaların tətbiqi metodlarının mübadiləsi məqsədilə institut və müəssisələrin əlaqəli işinin təşkili, ümumən Polşa Modul Təlimi Şəbəkəsinin fəaliyyəti ilə bağlı məlumatlandırılıb. Həmin institutun laboratoriyalarında olan nümayəndə heyəti burada istifadə olunan avadanlıq və aparılan təhlil işləri ilə tanış olublar.
Varşava şəhərində Polşa Respublikası Əmək və Sosial Siyasət Nazirliyinin (ƏSSN) nümayəndələri ilə keçirilən gorüşdə Polşa ƏSSN-in Əmək Bazarı Departamenti və Beynəlxalq Əlaqələr Departamentinin nümayəndələri eləcə də modul proqramlar və təlimi sahəsində təcrübəsi olan müvafiq beynəlxalq təlim mütəxəssisləri də iştirak edib.
Gorüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB