Livanda ermənilər Rəcəb Tayyib Ərdoğanın şəklini parçalayıb yerinə Ermənistanın bayrağını sancıblar

Livanda ermənilər Rəcəb Tayyib Ərdoğanın şəklini parçalayıb yerinə Ermənistanın bayrağını sancıblar

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Livan ziyarəti ermənilər tərəfindən etirazla qarşılanıb. SİA-nın verdiyi xəbərə görə, Beyrutdakı Şəhidlər Meydanında toplanan livanlı ermənilər, əllərində Ermənistan bayraqlarıyla Ərdoğanın ziyarətinə sərt reaksiya veriblər.

 

Belə ki, bir qrup erməni üzərində baş nazir Rəcəb Tayyib Ərdoğanın şəkilinin olduğu afişaya hücum edərək şəkli parçalayıblar. Daha sonra etirazçılar şəkilin yerinə Ermənistan dövlətinin bayrağını sancıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə