Seymur Orucov: “Energetika sahəsində çox böyük addımlar atılıb" MÜNASİBƏT

Seymur Orucov: “Energetika sahəsində çox böyük addımlar atılıb" MÜNASİBƏT

“Azərbaycan Prezidenti cənab İlham Əliyev energetika sahəsində çox böyük addımlar atıb. Bildiyiniz kimi Sovet dövründə demək olar ki, ölkənin ən vacib enerji istehsalçıları Mingəçevir və Əli-Bayramlı İES-lər idi. Daha sonra regionlarımızda modul tipli qaz turbinləri ilə işləyən müəssisələr, Su Elektrik Stansiyaları (SES) tikilmişdir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, təxminən 25-dən artıq elektrik stansiyaları inşa edilib: “Lakin bəzi məmurlar cənab Prezidentin görmüş olduğu bu işlərə məsuliyyətsiz yanaşdılar və insanlarımıza çətin anlar yaşatdılar. Mən dövlət başçısının bütün işlərini alqışlayıram. Prezident İlham Əliyev ölkənin enerji sistemində vəziyyətlə bağlı keçirdiyi müşavirədə insanlarımızı müdafiə etdi və onlarla qürur duyduğunu söylədi. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərsu” QSC və s. hamısı birgə fəaliyyət göstərdilər. Bütün görülən işlərinin hər biri ölkə başçısının nəzarətindədir. Mingəçevir İES-də baş verən məlum qəza da araşdırılır. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. Əgər qonşu dövlətlərin köməyi olmasa idi biz daha da çətin vəziyyətə düşə bilərdik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə