AMEA Elmi İnnovasiyalar Mərkəzi “Online İnformation” sərgisində Azərbaycanı təmsil edəcək
30 noyabr-2 dekabr 2010-cu il tarixlərdə London şəhərində (Böyük Britaniya) "Olympia Grand Hall" mərkəzi sərgi kompleksində ənənəvi "Online İnformation" sərgisi keçiriləcəkdir.
SİA-nın xəbərinə görə, ölkəmizi bu sərgidə AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) təmsil edəcəkdir. Sərgi 6 bölmədən (məhsulların nümayişi, elektron nəşriyyat, kitabxana idarəçiliyi, struktur idarəçiliyi, informasiyanın axtarış problemləri, sosial media) ibarətdir.
Tədbir çərçivəsində dünya informasiya bazarının nüfuzlu nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans da keçiriləcəkdir. Konfransda əsas diqqət elektron informasiya bazarının müasir vəziyyətinin təhlili, kontentlərin inkişaf problemləri, idarə olunması və istehlakçıya çatdırılması, onlayn sənayenin gələcək inkişafını təmin edən istiqamətlərin müəyyən edilməsi və s.məsələlərə yönəlir. İnnovasiya yönümlü məhsulları (buklet, jurnal və s.) olan müəssisələr onları AMEA EİM-ə təqdim edə bilərlər. Əlavə məlumat üçün www.online-information.co.uk internet ünvanına müraciət etmək olar.
Qeyd edək ki, artıq 30-cu dəfə təşkil edilən sərgi fundamental və tətbiqi tədqiqatlar, texnika və texnologiya, iqtisadiyyat, səhiyyə, biologiya, təhsil, patent işi, biznes və investisiya sahəsində informasiya istehsalçıları və istehlakçılarının beynəlxalq görüş məkanıdır.
Bu sərgi həmçinin, informasiya məhsullarının və xidmətlərinin nümayiş etdirilməsi, müxtəlif sahələr üzrə mütəxəssislər arasında işgüzar danışıqların aparılması və əlaqələrin qurulması üçün imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB