Masallı sakini narkotik satarkən yaxalanıb

Masallı sakini narkotik satarkən yaxalanıb

Masallı rayon Polis Şöbəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi yaxalayıblar. Rayon Polis Şöbəsinin müstəntiqi Ədalət Səfərovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Təzə Alvadı kənd sakini, 4 uşaq anası 50 yaşlı İbişova Şukufə İbrahim qızının narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olub. Qadın qonşusu İlham Abdüləhədova özündə olan 100 qrama qədər narkotik vasitə olan heroini satmaq üçün müştəri tapmağı xahiş edib.

Bu barədə məlumat alan Masallı polisi əməliyyat tədbirlərinə başlayıb. Şərti alıcı qismində də İlham Abdüləhədov özü iştirak edib. Qeyd edək ki, Şukufə İbişovanın narkotik vasitəni satarkən yaxalanıb. İlkin istintaqa verdiyi ifadəsində qadın narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf etsə də, narkotik vasitəni təsdaüfən həyətində tapdığını deyib.

Məlumat üçün deyək ki, Şukufə İbişovanın oğlu Ədalət Səfərov da narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan hazırda məhkumluq həyatı yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə