İraqda Kabineti formalaşdırma səlahiyyəti yenə Malikiyə verilib

İraqda Kabineti formalaşdırma səlahiyyəti yenə Malikiyə verilib

İraqda 8 aydan çoxdur davam edən hökumət böhranı həllini tapır. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, hökuməti qurma səlahiyyəti yenə rəsmən baş nazir Nuri Əl Malikiyə verilib.

Martda keçirilən parlament seçkilərindən sonra İraq parlamentarları noyabrın 10-da yeni hökumətin strukturu ilə bağlı anlaşma əldə edərək Malikinin baş nazirliyinə də razı olduqlarını bildiriblər. Noyabrın 11-də keçirilən sessiyada isə Cəlal Tələbani yenidən prezident seçilib.

Tələbani seçkidə ikinci yeri tutan Malikiyə hökuməti qurması üçün səlahiyyət verib. Malikinin hökuməti formalaşdırması üçün bir ay vaxtı var.

Bütün xəbərlər Facebook səhifəmizdə