Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda qeyd olunub ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarandığı vaxtdan etibarən sənət tariximizə milli-mənəvi sərvətin bir çox qiymətli nümunələrini bəxş edib. Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək, bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır.
Prezident xalqımızın mədəni həyatında özünəməxsus yerini və yüksək ictimai əxlaqi dəyərlərin təbliğində rolunu nəzərə alaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulmasını təmin etmək məqsədi ilə qərara alıb ki, Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı işlərin başlanması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
Azərbaycan Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB