Yaponiyanın Kosugi Zohen Co. Ltd şirkəti əlillərə 25 ədəd əlil arabası bağışlayıb

Yaponiyanın Kosugi Zohen Co. Ltd şirkəti əlillərə 25 ədəd əlil arabası bağışlayıb

Bu gün Protez Ortopedik Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kosugi Zohen Co. Ltd (yapon bağça salma şirkətl) tərəflndən əlillər üçün 25 ədəd əlil arabasının bağışlanmasının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, mərasimdə Kosugi Zohen Co. Ltd şirkətinin prezidenti Saki Kosugi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nazir müavini Natiq Məmmədov və Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak ediblər.

Tədbirdə çıxış edən Saki Kosugi qeyd edib ki, Protez Ortopedik Mərkəzinə əlil arabalarının bağışlanması Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin daha da inkişaf etməsinə kömək edəcək.

Qeyd edək ki, Sakl Kosugi 2009-cu il də İsmayıllı rayonunda açılmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində Yapon bağı guşəsinin inşaatını aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə