Bu gün Ana Vətən Partiyasının (AVP) 20 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, ilk öncə partiya nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə çıxış edən partiyanın rəhbəri Fəzail Ağamalı onun yarandığı gündən hazırki dövrə qədər keçdiyi tarixə nəzər salıb. O qeyd edib ki, hazırda Ana Vətən Partiyası bu il parlamentə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasından sonra ən çox mandat qazanmış ikinci partiyadır: "Partiya milli-azadlıq hərəkatının geniş miqyas aldığı, Azərbaycanın istiqlalı uğrunda, xalqımızın ölüm-dirim mübarizəsinə qədəm qoyduğu çox çətin tarixi məqamda siyasi meydana qədəm qoyub. Biz azərbaycançılıq, dövlətçilik və demokratik dəyərləri özündə ifadə edən bütöv Azərbaycan uğrunda mübarizə aparan ilk siyasi təşkilatıq. O gündən bu günə qədər amalımıza, söykəndiyimiz təməl prinsipinə uyğun olaraq apardığımız siyasi fəaliyyətimizlə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, dövlətçiliyimizin güclənməsi uğrunda hansı töhfələri vermişiksə, bundan ancaq şərəf duyuruq".
Daha sonra tədbirdə Ana Vətən Partiyasının fəal üzvlərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir çox partiya rəhbələrinin nümayəndələri, eyni zamanda KİV rəhbərləri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB