DİP Siyasi Şurası seçkinin nəticələrini müzakirə edib

Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası 7 noyabrda keçirilən parlament seçkilərinin nəticələrini müzakirə edib. SİA-ya partiyadan verilən məlumata görə, müzakirələr zamanı partiyanın parlament fəaliyyəti, "Demokratiya" bloku ilə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkədəki zəruri islahatlar, dünyada Azərbaycanın mövqeyinin müdafiəsi, Qarabağ probleminin həlli və digər prioritet məsələlərlə bağlı partiyaların fəaliyyətinin koordinasiya edilməsinin vacibliyi qeyd olunub.

Siyasi Şura həmçinin partiyanın qarşıda duran vəzifələri, 2011-ci ilin fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə