Türkiyənin UyumSoft informasiya sistemi İnsan Resurslarının İdarə Edilməsi Proqram Təminatı üzrə təqdimat mərasimi keçirib
Bu gün "Hyatt Regency" mehmanxanasının Quba zalında Türkiyənin UyumSoft informasiya sistemi İnsan Resurslarının İdarə Edilməsi Proqram Təminatı üzrə təqdimat mərasimi keçirib. SİA-nın məlumatına görə, Keçirilən tədbirdə Azərbaycanda fəaliyyət görstərən bir çox yerli və xarici şirkətlərin nümayəndələri də iştirak ediblər. İlk öncə çıxış edən şirkətinin prezidenti Mehmet Öndər şirkət haqqında tədbir iştirakçilarına ətraflı məlumatlar verib. O bildirib ki, rəhbərlik etdiyi şirkət 1996-cı ildən fəaliyyət göstərir.
Şirkət rəhbəri UyumSoft-un İngiltərə, Albaniya, İran və Almaniya kimi ölkələrin bazarlarından sonra Avropa, Yaxın Şərq və Rusiyaya proqram təminatı ixrac etməyi planlaşdırdığını bildirib: "UyumSoft şirkəti ilk xarici ölkə ofisini 2009-cu ildə Azərbaycanda açıb. Şirkət metal, dəzgah, plastik, avtomobil, qida, kimya, tekstil, elektrik-elektronik, ağac sənayesi sektorlarında fəaliyyət göstərən 450 müştərisini Korporativ Resurs Planlaşdırması əsaslı proqram təminatı ilə təmin edib. Şirkət proqram təminatları, ölkə şərtlərinə uyğunluq, çoxfunksiyalılıq və konsolidasiya, tam inteqrasiya, on-line inteqrasiya, elektron ticarət və müəssisə üçün xüsusi ehtiyatların təmin edildiyi bir çox funksional xüsusiyyətləri özündə birləşdirir".
Sonra Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orakl şirkətinin nümayəndəsi Sərkan Əlgəzər çıxış ediblər.
Daha sonra Uyumsoft şirkətinin layihə rəhbəri Baki Karakaya şirkət haqqında tədbir iştirakçılarına məlumatlar verib. O bildirib ki, şirkətin başlıca hədəfi Azərbaycanda insan resurslarının idarəedilməsi sahəsində inkişaf tempini yüksəldməkdir.
Baki Karakaya onu da bildirib ki, şirkətin Azərbaycandakı fəaliyyəti nə az nə də çox 10 ildir. Ancaq son 5 il ərzində şirkət yüksək səviyyədə xidməti ilə bir çoxları tərəfindən təqdirə laiq görülüb. Qeyd edək ki, sabah saat 10-da Orakl şirkətinin formu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB