Son günlər havaların qeyri-sabit keçməsi ölkənin cənub bölgəsində özünü daha qabarıq göstərir. Bölgədə əsil bahar fəsli yaşanır. Hətta Masallıda alma ağacı 2-ci dəfə bar verib.
Masallının Sirəbil kəndində, Şahmarovlar ailəsinin bağlarındakı alma ağacı yenidən bar verib. Ailənin kiçik oğlu Xalid Şahmarov SİA-nın cənub bürosuna bildirib ki, uzun müddətdir bağbançılıqla məşğuldur. Bağında cənub bölgəsinə uyğun olan hər növ meyvə ağacı becərilir. Burada eyni növdən olan iki alma ağacından yalnız biri bu il ikinci dəfə bar verib. Bu yay alma ağacı 10 kiloqrama qədər məhsul verib. Hazırda 2-ci dəfə bar verən ağacın üstündə 1 kiloqrama yaxın alma var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB