Müdafiə Nazirliyinin genişləndirlmiş hərbi kollegiyası keçirilib

Müdafiə Nazirliyinin genişləndirlmiş hərbi kollegiyası keçirilib

Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirlmiş hərbi kollegiyası olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər.

Kollegiya iclasında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2010-cu ildə hazırlığının yekunları və 2011-ci tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə