Prezident İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Türkmənistanın Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul edib. SİA-nın xəbərinə görə, qonaq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Hökumətlərarası Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında səmərəli və fəal işlədiyini vurğulayıb, Türkmənistan prezidentinin komissiyanın daha məhsuldar işləməsi üçün əlavə tapşırıqlar verdiyini də bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan prezidenti ilə Bakıda görüşdüyünü və səmərəli danışıqlar apardıqlarını xatırladıb. Xəzəryanı ölkələrin dövlət başçılarının dənizdə qarşılıqlı fəaliyyət və ikitərəfli münasibətlər çərçivəsində keçirilən sammitini uğurlu tədbir kimi qiymətləndirən Azərbaycan prezidenti zirvə görüşündə yaxşı qərarlar qəbul olunduğunu qeyd edib.

Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafından razı qaldığını deyən dövlət başçısı Türkmənistan prezidenti ilə əlaqələrimizin inkişafına dair mühüm məsələləri müzakirə etdiklərini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə