Türkiyәdә "Qırmızı Kitab" adlanan Milli Tәhlükәsizlik üzrә Siyasәt Sәnәdi dәyişib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Nazirlәr Kabinetinin dünən keçirdiyi toplantıda, yeni Milli Tәhlükәsizlik üzrә Siyasәt Sәnәdi qәbul edilib.
Sәnәddә, vәtәndaşın tәhdid olaraq görülmәyәcәyi xüsusilә vurğulanıb. İrtica ifadәsi yeni sәnәddә yer tutmayıb. Tәhdid ünsürlәri açıq aşkar ortaya qoyulub. Sәnәddә soyuq hәrbdәn sonraki dövrdә beynәlxalq sahәdә baş verәn hadisәlәrә diqqәt çәkilib.
Türkiyәnin bu gün vә gәlәcәkdә qarşılaşa bilәcәyi tәhlükәsizliklә bağlı problemlәr geniş şәkildә dәyәrlәndirilib. Yeni sәnәddә әnәnәvi tәhlükәsizlik problemlәrindәn başqa tәhdidlәr dә yer tutub.
Sәnәddә daxili tәhlükə olaraq terror tәşkilatı PKK birinci yeri tutmaqda davam edir. Xarici təhlükə sırasında isә iddiaların әksinә İsrail təhlükə olaraq yer tutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB