Azərbaycan prezidenti ehtiyac meyarının yeni həddi haqqında qanunun tətbiqinə dair sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb.
SİA-nın xəbərinə görə, parlamentin bu ilin oktyabrın 22-də qəbul etdiyi bu qanunun qüvvəyə minməsi ilə əlaqədar dövlət başçısının sərəncamı ilə Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının adı çəkilən qanuna uyğunlaşdırılması barədə təkliflərin hazırlanması və ölkə prezidentinə təqdim edilməsi tapşırılıb. Bununla yanaşı, hökumət öz səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Xatırladaq ki, "2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 75 manat səviyyəsində nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB