Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu haqqında qanun qüvvəyə minib
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu haqqında" qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb.
SİA-nın xəbərinə görə, həmin qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının qanuna uyğunlaşdırılması barədə təklifləri, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə dövlət başçısına məlumat vermək tapşırılıb.
Qeyd edək ki, bu ilin oktyabr ayında Azərbaycan Milli Məclisi "Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 95 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçünsə 76 manat səviyyəsində nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB