Nyu-York ştatının nəhəng həmkarlar təşkilatlarından birinin lideri ABŞ prezidenti Donald Trampı Hitler, Mussolini və Stalinlə eyniləşdirərək qeyd edib ki, Tramp hər üç diktatora məsləhətlər verə bilərdi. SİA xəbər verir ki, vətəndaş xidməti assosiasiyasının(CSEA) prezidenti Denni Donoxyu Tramp haqqında danışarkən, onu “Ağ evin dəlisi” adlandırıb. O, digər həmkarlar təşkilatlarının liderləri və demokrat qubernator Endryu Kuomo ilə görüşərkən, ABŞ-n ali məhkəməsinin dövlət qulluqçularının həmkarlar ittifaqına ödənişlər edilməsini qadağa edən qərarını müzakirə edərkən həmin fikirləri səsləndirib.
“Əgər onun (Trampın) azadlıq ideologiyası “mən necə deyirəmsə elə də edin”lə yekunlaşırsa, bu zaman mən bənzər adamları - Hitleri, Stalini və Mussolinini tanıyıram ki, o həmin adamlara məsləhətlər verə bilərdi”- deyə Donoxyu bildirib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB