Rövnəq Abdullayev: "İlkin ehtimallara görə, “Ümid” yatağından minimum 200 milyard kub metr qaz çıxarmaq mümkün olacaq" - MÜNASİBƏT
Bu gün Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə iştirak etmişik. Dövlət başçısına yeni yatağın açılması barədə məlumat verdik. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, "Ümid" qaz yatağında dövlət neft şirkəti tərəfindən kəşfiyyatlar aparılıb: "Bu gün "Ümid" qaz yatağında kəşfiyyat işləri başa çatdırılıb. Əldə olunan nəticələr çox yüksək səviyyədədir. Deyə bilərəm ki, artıq "Ümid" yatağında qaz kondensator yatağı kəşf olunub. İlkin ehtimallara görə, bu quyudan minimum 200 milyard kub metr qaz çıxarmaq mümkün olacaq. O cümlədən, bu quyudan başqa ikinci kəşfiyyat quyusu da qazılacaq. Artıq "Ümid" yatağında genişmiqyaslı işlənmə proqramı hazırlanır. Bu proqram bir neçə ilə tam hazır olacaq. Bu neft yatağın Azərbaycanda "Şahdəniz" neft yatağından sonra ikinci ən böyük neft yatağı olacağı gözlənilir. Gələcəkdə aparılacaq araşdırmalar nəticələrin daha dəqiq olmasına zəmanət verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB