Deputatlarımız AŞPA-da ADQ-nin vitse-prezidentləri seçiliblər

Deputatlarımız AŞPA-da ADQ-nin vitse-prezidentləri seçiliblər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azad Demokratlar Qrupunun (ADQ) iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva qrupun vitse-prezidentləri seçiliblər. SİA-nın məlumatına görə, Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib.

Q.Paşayeva və Ü.Ağayevanın namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə