Şimali və Cənubi Koreya müharibə astanasında: hərbi qüvvələr nisbəti kimin xeyrinədir?

Şimali və Cənubi Koreya müharibə astanasında: hərbi qüvvələr nisbəti kimin xeyrinədir?

Şimali Koreyanın Sarı dənizdə Cənubi Koreyaya aid Yeonpyong adasını top atəşinə tutmasından sonra bölgədə müharibə zəngləri çalınır. Qarşıdurmada 2 hərbçi olmaqla 4 adam ölüb, 20-ə yaxın adam da yaralanıb. Hadisədən sonra ABŞ prezidenti Barak Obama bölgəyə döyüş gəmisi göndərərək 28 Noyabr tarixində Cənubi Koreya ilə birgə hərbi manevrlər keçirəcəyini açıqlayıb.

 

Şimali Koreya və Cənubi Koreyanın hərbi güclərini müqayisəsini apararkən imaraqlı nəticələr ortaya çıxır. Cənubi Koreyanın ordusu texnoloji baxımdan üstündür, ancaq Şimali Koreya hərbçilərinin sayı çoxdur. Ekspertlər ola biləcək bir müharibədə qazanan tərəfin olmayacağını vurğulayırlar.

 

Şimali Koreyanın 1,2 milyon əsgəri var. 23,4 milyon əhalisi olan Şimali Koreyada 7,7 milyon adam da hər an müharibəyə getmək üçün əmr gözləyir. Şimali Koreya 800 ədəd ballistik və min ədəd müxtəlif məsafəli raketə sahibdir. Cənubi Koreya raket mövzusunda tamamilə ABŞ-dan asılı olmasına baxmayaraq 1500 kilometrlik uçuş məsafəsi olan raketlərə sahibdir. Cənubi Koreya bu raketlərin sayəsində Şimali Koreyanın istənilən nöqtəsini vurma gücünü əlində saxlayır.

 

Şimali Koreyanın 6-8 ədəd atom bombasına sahib olduğu təxmin edilir. Koreya nüvə silahından istifadə zamanı lazım olan 50 kiloqram plutonium əldə edib. Şimali Koreyanın əlindəki nüvə silahların isə ABŞ-ın Xirosima və Naqasakiyə atdığı atom bombaların gücündə olduğu iddia edilir.

 

Şimali Koreyanın hərbi hava qüvvələrinin modernləşdirilməsinə ehtiyacı var. 1600 döyüş təyyarəsinə sahib Şimali Koreyada bu təyyarələrin çoxu Sovet Rusiyası və Çin istehsalıdır. Təyyarələrin istehsal tarixi 1960-70-ci illərə söykənir. Cənubi Koreya daha güclü hava donanmasına sahibdir. Ölkənin ABŞ istehsalı olan 700 döyüş təyyarəsi var. Bu təyyarələrdən 173-ü "F-16", 40-ı isə "F-15"dir.

 

Dənizdə də Cənubi Koreyanın əhəmiyyətli bir üstünlüyü var. Cənubi Koreya yüksək texnologiya ilə təmin olunan 170 ədəd döyüş gəmisinə sahibdir. Şimali Koreya tank sayında üstün olmasına baxmayaraq, Cənubi Koreya yenə də yüksək texnologiyası ilə üstündür. Şimali Koreyanın 5 min ədəd tankı var. Cənubi Koreya isə yüksək texnologiyayla təchiz edilmiş 2750 tanka sahibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə