Erməni komandiri etiraf edib ki, növbəti hərbi əməliyyatlar 2016-cı ilin aprelindən də geniş masştablı olacaq
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun hələ hərbi paraddan öncə ölkənin media təmsilçiləri ilə görüşündə dediyi fikirləri Ermənistanın həbri-siyasi dairələrində geniş mövzuya çevrilib. Belə ki, məhz hərbi parad baş tutduqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik şurasının iclasını keçirməsi və Azərbaycanın Silahlı Qüvvələrinin gücünü etiraf etməsi də bu faktora əsaslanır. SİA xəbər verir ki, müdafiə nazirimizin bəyanatları bu gün də Ermənistan ictimaiyyətində müzakirə edilməkdədir. Belə ki, birinci Qarabağ müharibəsi dövründə kəşfiyyat-diversiya qrupuna rəhbərlik etmiş Vova Vardanov bu barədə 1in.am saytına açıqlama verib. Zakir Həsənovun azərbaycanlı KİV nümayəndələri ilə görüşündə hərbi paradda yeni növ silahların nümayiş etdirilməsi və düşmənin dərinliklərinə qədər ağır və sarsıdıcı zərbələr vura bilmək imkanına malik olması ilə bağlı sualı cavablandıran erməni komandir ölkəmizin Belorusdan aldığı “Polonez” eləcə də İsraildən əldə edilmiş LORA raket sistemləri barədə də fikir bildirib. O, etiraf edib ki, artıq növbəti müharibəyə hazır olmaq lazımdır. “Yeni və geniş masştablı əməliyyatlara hazırlaşmaq lazımdır” deyən V.Vardanov türklərə olan nifrətini də sərgiləyib: “Türklər bizə növbəti dəfə deyirlər: ermənilər, hazırlaşın”.
Öz açıqlamasında Vardanov etiraf edib ki, növbəti hərbi əməliyyatlar 2016-cı ilin aprelindən də geniş masştablı olacaq.
Xatırladaq ki, hərbi paradda çıxış edən Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev bəyan etmişdi ki, Qarabağ müharibəsinin birinci mərhələsi başa çatıb və bu gün hərbçilərimiz ermənilərin qazdıqları səngərlərdə xidmət göstərirlər.
Afət TAHİRQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB