Azerfon jurnalistlər üçün "Bakutel 2010" səgrisində "3G texnologiyaları: imkanlar və üstünlüklər" mövzusunda seminar keçirib
Azerfon MMC Beynəlxalq "Telekommunikasiya və Informasiya Texnologiyaları" BakuTel 2010 Sərgisi çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "3G texnologiyaları: imkanlar və üstünlüklər" mövzusunda seminar keçirib. SİA-nın məlumatına görə, Azerfon MMC-nin korporativ ünsiyyət direktoru Elşad Fərzəliyev jumalistlərin telekommunikasiya sahəsində maariflənməsi üçün Azerfon tərəfindən keçirilən seminarların artıq ənənə halını aldığını qeyd edib. Onun sözlərinə görə, belə seminarlar jurnalistləri telekommunikasiya bazarında mövcüd xidmətlər haqqında geniş məlumat almağa və onların peşə fəaliyyətini daha müvəffəqiyyətlə davam etdirməyə imkan yaradır. E.Fərzəliyev qeyd edib ki, Azerfon gələcəkdə də jurnalistlər üçün seminarları davam etdirəcəkdir.
Azerfon MMC-nin baş direktoru Yurgen Pitz Azerfonun fəaliyyəti haqqında danışıb. Onun sözlərinə görə, Azerfon hazırda mobil rabitə bazarının 20%-ni tutmağa müvəffəq olub və 1,7 milyona qədər abonentə xidmət göstərir: "Bu gün Azerfon mobil rabitə şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir. 2009-cu ildən Azerfon Azərbaycan bazarında ilk mobil operator olaraq 3G xidmətlərini göstərir. Hazırda 3G xidmətləri Azerfon-Vodafone və Nar Mobile brendləri tərəfindən Azərbaycan bazarında təqdim olunub".
Y.Pitz həmçinin 2010-cü ildə Azərbaycanın mobil rabitə bazarında təqdim olunmuş 3G kamera, 3G Mobile TV, 3G USB Modem, 3G netbuk kimi texnologiyalar haqqında məlumat verib. Azerfon-Vodafon-nun məhsulların inkişafı üzrə meneceri Həsən Əsgərov Azerfon-Vodafon ticarət markası altında 3G texnologiyasının dəstəklədiyi məhsullar və bazarda olan xidmətlər haqqında danışıb.
Nar Mobile-ın məhsulların inkişafı üzrə meneceri İlqar İbrahimli Nar Mobile abunəçiləri üçün təqdim olunmuş 3G texnologiyalı xidmətlər və avadanlıqlar haqqında jurnalistləri məlumatlandırıb: "3G+ Müşahidə Kamerası - qeyri-adi dizayn, üstün xarakteristikası ilə anbar, qaraj, ev, ofis, uşaq və ya ev heyvanlarını məsafədən izləməyə imkan verir. SİM-kart yerləşən 3G+ Müşahidə Kameraya birbaşa video zəng etməklə müşahidə imkanlarından yararlanmaq olar. 3G USB modemi vasitəsilə Azerfon mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif İnternet xidmətlərindən istifadə etmək imkanları yaranmışdır. Genişzolaqlı mobil İnternet bağlantısı vasitəsi ilə 3G texnologiyasının mümkün servis və xidmətlərinə abunəçilər üçün birbaşa çıxış imkanları yaradılmışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB