NATO PA-nın Rouz-Rout seminarı işə başlayacaq

NATO PA-nın Rouz-Rout seminarı işə başlayacaq

Bu gün Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı işə başlayacaq. SİA-nın xəbərinə görə, sessiyada Azərbaycanı Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov təmsil edəcək.

“Qərbi Balkanların avro-atlantik inteqrasiyası: Avropanın sülh layihəsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş seminarda Qanunun aliliyinin möhkəmləndirilməsi, Administrasiya və məhkəmə sahəsində islahatlar, Korrupsiyaya qarşı mübarizə, Miqrasiya böhranı, Müdafiə və təhlükəsizlik sektorunda islahatlar, İctimai rəyin yaradılmasında dezinformasiyanın və yanlış məlumatların rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatımız müzakirə olunacaq mövzular barədə çıxışlar edəcək, qeyd və təkliflərini bildirəcək.

Qeyd edək ki, seminar iyunun 29-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə